Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi

19:00 14 İyul 2026

Türkmənistan vətəndaşı 1979-cu il təvəllüdlü Dovletgeldi Nursaxedoviç Başımovun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım



Xəbər xətti