Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Sitat.info xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:
Tapdıq Həsənli (1999)
Leyla Hüseynova (1951)
Ramil Məmmədov (1982)
Ülviyyə Hacıyeva (1974)
Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncədə ilkin nəlumata görə, 6 nəfərin qida zəhərlənməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb.
Hadisə yas mərasimlərindən birində baş verib və qurumun Gəncə Regional Nümayəndəliyinin rəsmiləri qidadan nümunələr götürməyə başlayıb.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
///Qafqazinfo