ABŞ-ın İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətindəki Bambur (Bampur) Qarnizonuna endirdiyi raket zərbələri nəticəsində 7 İran hərbçisi həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Ordunun bəyanatına görə, kazarmanın yaşayış və təhlükəsizlik obyektlərinə ümumilikdə 13 ABŞ raketi düşüb. Hücum nəticəsində 388-ci briqadanın 7 hərbçisi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İran ordusu bu hücumuma qəti cavab veriləcəyini bəyan edib.
Aytac,
Sitat.info