Hakan Fidanın Ukrayna səfəri: Qara dənizin təhlükəsizliyi müzakirə olunacaq

11:16 15 İyul 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-16-da Ukraynaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, Fidan Kiyevdə keçiriləcək görüşlərdə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və artan gərginliyin azaldılması məsələlərini müzakirə edəcək.

Türkiyəli nazir Qara dənizdə limanlara və mülki gəmilərə, o cümlədən balıqçı gəmilərinə hücumların qəbuledilməz olduğunu vurğulayacaq. O, həmçinin Ankaranın Ukrayna ilə Rusiyanı yenidən danışıqlar masasına qaytarmağa hazır olduğunu bəyan edəcək.

Səfər çərçivəsində Fidan Ukrayna Prezidenti Volodimir Zelenski, xarici işlər naziri Andriy Sibiqa və digər yüksəkvəzifəli rəsmilərlə görüşəcək. Tərəflər iqtisadiyyat, energetika, müdafiə sahələrində əməkdaşlığı və Türkiyənin Ukraynanın bərpası layihələrində iştirakını da müzakirə edəcəklər.

Nigar,

Sitat.info 



Xəbər xətti