SON DƏQİQƏ! İran ABŞ-ın son hücumları nəticəsində ölənlərin sayını açıqladı

11:41 15 İyul 2026

ABŞ-ın son günlər İranın cənubuna endirdiyi hücumlar nəticəsində 30-dan çox mülki şəxs həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Farima Mohajerani sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, hücumlar nəticəsində həlak olan mülki şəxslərin ailələrinə başsağlığı verir və onların xatirəsini ehtiramla yad edir.

"Həlak olanların ailələrinə başsağlığı və rəğbətimizi bildirir, şəhidlərin xatirəsini ehtiramla anırıq", – deyə hökumət sözçüsü qeyd edib.

Aytac

Sitat.info



Xəbər xətti