İsrailin Qəzzaya hücumları nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 12 nəfərin meyiti gətirilib. Bundan əlavə, daha bir yaralı aldığı xəsarətlərdən həyatını itirib. Beləliklə, son sutkada ölənlərin sayı 13 nəfərə çatıb.
Nazirlik bildirib ki, eyni müddətdə İsrailin hücumları nəticəsində daha 18 nəfər yaralanıb.
Açıqlamada vurğulanıb ki, dağıntılar altında və yolların kənarında hələ də çox sayda insanın cəsədi qalıb.
Məlumata görə, oktyabr ayında əldə olunan atəşkəsdən sonra İsrailin hücumları nəticəsində indiyədək azı 1123 fələstinli həlak olub, 3616 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində ümumilikdə azı 73 246 nəfər həyatını itirib, 173 727 nəfər isə yaralanıb.
Aytac,
Sitat.info