İcra başçısına yeni müavin təyin olundu

21:00 15 İyul 2026

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Sitat.info xəbər verir ki, Sərəncama əsasən İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini- Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib və kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu vəzifəyə qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb, uzun illər şəhər icra hakimiyyəti başçısı aparatında dövlət qulluğu sahəsində çalışıb və zəngin təcrübə qazanıb.

Lənkəran ŞİH başçısı aparatının kollektivi olaraq Ülkər İsmayılovanı təbrik edir, yeni vəzifəsində uğurlar arzu edirik.



Xəbər xətti