İcra başçısına yeni müavin təyin edildi

22:49 15 İyul 2026

Lənkərana yeni icra başçısı müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Belə ki, Ülkər İsmayılova başçının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ü.İsmayılova bu təyinata qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, uzun illər icra hakimiyyəti aparatında dövlət qulluğunda fəaliyyət göstərib.



Xəbər xətti