Dünən ABŞ-nin vitse-prezidenti C.D. Vens podkastçı Co Roqana müsahibəsində İranda mümkün daxili böhranın və ya hakimiyyətin dağılması ssenarisinin Vaşinqtonun maraqlarına uyğun olmadığını bildirib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Vens qeyd edib ki, İranda belə bir nəticəni istəyən qüvvələr olsa da, bunun ABŞ üçün ciddi təhlükələr yaradacağını düşünür.
"Düşünürəm ki, İranda belə bir nəticənin olmasını istəyən insanlar var. Amma yenə də deyirəm ki, bizim marağımız nədir? 94 milyon çarəsiz insanın Avropaya və ABŞ-yə axın etməsi, eyni zamanda bütün dünyada terrorçuları dəstəkləyərkən yarana biləcək terror infrastrukturunun formalaşması ABŞ-ın maraqlarına necə uyğundur? Biz bu təcrübəni əvvəllər də keçirmişik", – deyə Vens bildirib.
Nigar,
Sitat.info