Turistlərin sevimli məkanı zibillik içində: İdarə rəisi Anar Qalayevdən narazılıq var - Fotolar

12:09 16 İyul 2026

Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı şəkildə yenidən qurulan, Azərbaycanın ən nümunəvi yaşayış məntəqələrindən birinə çevrilən Balaxanı qəsəbəsində hazırda ciddi böhran yaşanır.

Sitat.info xəbər verir verir ki, turistlərin tez-tez ziyarət etdiyi qəsəbənin bir sıra küçələrində qeyri-məişət tillantılarının ərazidən yığılmaması yerli sakinlərin narazılığına səbəb olub.

Xüsusilə Şəfqət, Yanardağ, Qılman Salahov və Səməd Mənsur küçələrində vəziyyət acınacaqlıdır. Sakinlərin sözlərinə görə, bu küçələrin hamısında eyni mənzərə müşahidə olunur – məişət tullantıları üçün nəzərdə tutulan zibil konteynerləri təmiz olsa da, ətraf ərazilərdə müxtəlif qeyri-məişət tullantılarla örtülüb, bəzi yerlərdə isə qeyri-məişət tullantıları səkiləri və yol kənarını tamamilə zəbt edib.

Ən çox narazılıq doğuran məqamlardan biri isə Şəfqət küçəsində yerləşən marketin qarşısındakı vəziyyətdir. Bildirilir ki, burada yığılan qeyri-məişət tullantıları piyadaların rahat hərəkətini mümkünsüz edir, xoşagəlməz görüntü isəhər kəsin, qəsəbəyə axın edən turistlərin də diqqətindən kənar qalımır.

Balaxanı son illərdə həm ölkə daxilindən, həm də xaricdən gələn turistlərin maraq göstərdiyi istiqamətlərdən biridir. Rəngarəng küçələri, tarixi ab-havası və abadlaşdırılmış məhəllələri ilə tanınan qəsəbədə yaranmış bu mənzərənin turistlərdə də mənfi təəssürat yaratdığı bildirilir.

Yerli sakinlər problemin əsas səbəblərindən biri kimi Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyətini göstərirlər. Deyirlər ki, idarənin rəisi Anar Qalayev qəsəbə ərazisindən qeyri-məişət tullantılarının yığılmasına cavabdeh şəxs olasa da, yaxasını kənara çəkir, ərzidən bu tullantıların vaxtı-vaxtında yığılmasından naməlum səbəblərdən yayınır. Nəticədə qeyri-məişət tullantıları vaxtında daşınmır, qəsəbədə küçələrində xoş olmayan görüntülər meydana çıxır.

Sakinlər deyirlər ki, dövlət tərəfindən Balaxanının abadlaşdırılması üçün görülən böyük işlərə küçələrdən qeyri-məişət tullantılarının yığılmaması ilə xələl gətirilir. Qəsəbənin formalaşdırılmış müsbət imici və turizm cəlbediciliyi zərbə alır.

Onlar aidiyyəti qurumları məsələyə təxirəsalınmadan müdaxilə etməyə, küçələrdə yığılan tullantıların daşınmasını təmin etməyə və təmizlik işlərinə daimi nəzarəti gücləndirməyə çağırırlar.



Xəbər xətti