Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşəcək

10:50 17 İyul 2026

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfərlə Moskvada olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.

Sitat.info Tass-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə məlumat verib.

Onun sözlərinə görə, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ceyhun Bayramovun Moskvaya son səfəri 2023-cü ilin dekabrında baş tutub. Onun Sergey Lavrovla son əyani görüşü isə 2025-ci ilin aprelində Türkiyədə keçirilən Antalya Diplomatik Forumu çərçivəsində olub.

Nigar,

Sitat.info



Xəbər xətti