Zelenski Hakan Fidanı II dərəcəli “Ləyaqət” ordeni ilə təltif etdi

12:02 17 İyul 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul edilib.

Sitat.info xəbər verir ki, görüş zamanı Zelenski Fidanı dövlətlərarası əməkdaşlığın gücləndirilməsi və ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrə görə Ukraynanın II dərəcəli “Ləyaqət” ordeni ilə təltif edib.

Ukrayna rəsmilərinin açıqlamasına görə, mükafat Fidanın diplomatiya və beynəlxalq əlaqələr sahəsində göstərdiyi mühüm xidmətlərə görə təqdim olunub. Qeyd edilib ki, bu orden Ukraynaya xüsusi xidmətləri olan həm ölkə vətəndaşlarına, həm də xarici dövlət nümayəndələrinə verilir. Orden dövlət idarəçiliyi, diplomatiya, elm, mədəniyyət və iqtisadiyyat kimi sahələrdə mühüm nailiyyətləri olan şəxslərə təqdim edilir.



Xəbər xətti