Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

16:27 17 İyul 2026

Yaxın zamanlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa edilməsi planlaşdırılır.

“Sitat.info” xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında danışıb.

Nazir vurğulayıb ki, sözügedən reyslərin bərpası 2024-cü ilin dekabrında AZAL təyyarəsi ilə baş vermiş faciəvi hadisədən sonra məhdudiyyətlər tətbiq edilən istiqamətlərə şamil olunacaq. 



Xəbər xətti