Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

17:12 17 İyul 2026

Yaxın zamanlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa edilməsi gözlənilir.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında danışıb.

Nazir vurğulayıb ki, sözügedən reyslərin bərpası 2024-cü ilin dekabrında AZAL təyyarəsi ilə baş vermiş faciəvi hadisədən sonra məhdudiyyətlər tətbiq edilən istiqamətlərə şamil olunacaq. 



Xəbər xətti