Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi

20:00 17 İyul 2026

Belçikada iyunun sonu və iyulun əvvəlində təsirli olan isti hava dalğası nəticəsində əlavə ölüm hallarının sayı 2 mini keçib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belçika Səhiyyə İnstitutunun (Sciensano) açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, isti hava dalğasının təsirləri başa çatdıqdan sonra da yüksək temperaturla əlaqəli ölüm halları davam edib.

Sciensano-nun məlumatına görə, iyunun 18-dən iyulun 3-dək isti hava dalğası səbəbindən ölkədə 2 mindən çox əlavə ölüm qeydə alınıb. Bu dövrdə ölüm göstəricisi normal dövrlə müqayisədə 48 faiz artıb.

Ən çox ölüm Valoniya bölgəsində qeydə alınıb. Burada ölüm halları 77 faiz artıb və 1059 əlavə ölüm baş verib. Brüssel Paytaxt Regionunda 188, Flamand bölgəsində isə 768 əlavə ölüm qeydə alınıb.

Müqayisə üçün bildirək ki, 2020-ci ilin avqustunda baş verən güclü isti hava dalğası zamanı Belçikada 1557 əlavə ölüm qeydə alınmışdı.

///AZXEBER.COM



Xəbər xətti