ABŞ-ın İranın cənubundakı Hörmüzqan vilayətinin bir neçə rayonuna endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerlərində fövqəladə hallar xidmətlərinin, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları fəaliyyət göstərirlər.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın İrana iyul ayında həyata keçirdiyi hücumlar zamanı qadın və uşaqlar da daxil olmaqla, 38 nəfərin həyatını itirməsi ilə bağlı məlumat yayılıb.
Xatırladaq ki, ABŞ İrana zərbələri 8 iyuldan bərpa edib.