ABŞ İranda duzsuzlaşdırma qurğusunu vurdu

12:10 18 İyul 2026

ABŞ İranın Cask şəhərindəki Bunci duzsuzlaşdırma qurğusunu hədəfə alıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, Hörmüzqan Su Şirkəti Cask rayonunun qərbində yerləşən Bunci duzsuzlaşdırma qurğusunun hücuma məruz qaldığını açıqlayıb.

Hadisə nəticəsində ümumi əhalisi təxminən 10 min nəfər olan 20 kəndin içməli su təchizatında tam fasilə yaranıb.

Hücum zamanı dənizdən xam suyun götürülməsi üçün nasos stansiyası, eləcə də sutkada 3150 kubmetr istehsal gücünə malik Bunci duzsuzlaşdırma qurğusuna aid elektrik transformatoru tamamilə dağıdılıb.



Xəbər xətti