DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

13:50 18 İyul 2026

İyulun 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 
Sitat.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
 



Xəbər xətti