Ukrayna Belarus üçün "məhvetmə zonası" yaradır

08:48 20 İyul 2026

Ukrayna sərhədçiləri Belarus ərazisindən mümkün düşmən hücumuna fəal şəkildə hazırlaşır və güclü müdafiə xətti qururlar.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Sərhəddə istehkamlar qurulur. Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti düşmənin sərhədi yarmaq cəhdi zamanı onu effektiv şəkildə məhv etmək məqsədilə şimal sərhədləri boyunca məhvetmə zonası yaradır. Müdafiə mövqeləri hazırda eyni vaxtda bir neçə növ mühəndislik qurğusu ilə möhkəmləndirilir. Sərhədçilər tərəfindən tank əleyhinə xəndəklər, çoxsəviyyəli tikanlı məftil sədləri, beton "əjdaha dişləri" quraşdırılıb",- məlumatda deyilib./Axar.az



Xəbər xətti