Qəzzada itkilər artır: Səhiyyə Nazirliyi son rəqəmləri açıqladı

14:23 20 İyul 2026

İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində daha üç fələstinli həlak olub, 22 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ümumilikdə 73 min 283 nəfər həyatını itirib, 173 min 864 nəfər isə yaralanıb.

Nazirlik bildirib ki, ötən ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasından sonra da hücumlar davam edib. Həmin dövrdən indiyədək ən azı 1 158 nəfər ölüb, 3 756 nəfər yaralanıb.

Aytac.

Sitat.info



Xəbər xətti