Lavrovla Rubionun görüşünü yalnız alqışlaya bilərik

Lavrovla Rubionun görüşünü yalnız alqışlaya bilərik
Gündəm 20 İyul 2026 17:26

Rusiya Avropa ölkələri ilə dialoqu bərpa etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Avropa ölkələri ilə dialoqa açıqdır və münasibətlərin dayandırılmasının təşəbbüskarı olmayıb:

“Almaniya tərəfindən Moskva ilə əlaqələrin normallaşdırılması istiqamətində praktik addımlar atılmayıb. Son günlər ABŞ nümayəndələri ilə birbaşa təmaslar olmayıb, yalnız diplomatik kanallar vasitəsilə texniki əlaqələr davam edir. Kremlin rəhbərliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun mümkün görüşünü yalnız alqışlaya bilər”.