Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı

17:50 20 İyul 2026

Sumqayıt şəhəri ərazisində yerləşən mənzillərin birindən televizor, paltaryuyan maşın və digər məişət əşyaları oğurlanıb. 
 
Sitat.info xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Ə.Aşurov və 46 yaşlı M.Salayev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları satdıqları müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti