Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
Gündəm 20 İyul 2026 20:13
Yəməndə İranın dəstəklədiyi "Ənsar Allah" (Husi) hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz naviqasiyasına qadağa tətbiq etdiyini açıqlayıb.
 
Hərakat bununla bağlı bəyanatla çıxış edib.
 
"Düşmən Səudiyyənin genişmiqyaslı eskalasiya ilə bağlı atacağı istənilən düşüncəsiz addıma biz də genişmiqyaslı və sərt eskalasiya ilə cavab verəcəyik", – bəyanatda vurğulanır.