İranda iki fransız diplomat saxlanılıb

İranda iki fransız diplomat saxlanılıb
Gündəm 20 İyul 2026 20:38

İranın təhlükəsizlik orqanları Fransa səfirliyinin iki əməkdaşını saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində məlumat verib.

“Onlar heç bir əsas olmadan bir neçə saat saxlanılıb və dindiriliblər. Üstəlik, onlardan birinə qarşı kobud rəftar edilib. Nəhayət, onlar səfirliyə qayıda biliblər və hazırda təhlükəsizdirlər”, – deyə xarici işlər naziri yazıb.