Türkiyədə Ahbap Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü iddiası ilə aparılan istintaq çərçivəsində tanınmış aparıcı və yutuber Oğuzhan Uğur da daxil olmaqla 9 nəfər həbs edilib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə onları etibardan sui-istifadə və cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması ittihamları ilə həbs qətimkan tədbiri seçib: "Daha bir şübhəli barəsində isə məhkəmə nəzarəti qərarı verilib. İstintaq zamanı şübhəlilərin hesablarında yüksək məbləğdə şübhəli pul köçürmələri və digər maliyyə əməliyyatlarının aşkarlandığı bildirilir.
Qeyd edək ki, Ahbap Dərnəyi ilə bağlı araşdırma davam edir və ittihamlar hələ məhkəmə hökmü ilə təsdiqlənməyib.
Nigar,
Sitat.info