"Vital" klinikasında körpə ölümü - Valideynləri fəryad qopardı (VİDEO)

13:55 21 İyul 2026

Bu gün sosial şəbəkələrdə "Vital" klinikası ilə bağlı tükürpədici məlumatlar, videogörüntülər paylaşıldı.

Sitat.info xəbər verir ki, iddialara görə, həkimlər doğuş zamanı uşağın ölümünə səbəb olub. Bu səbəbdən uşağın valideynləri və yaxınları klinikaya daxil olaraq, etirazlarını bildiriblər. 

Ən dəhşətli məqamə ölən uşağın klinikanın zirzəmisində saxlanılması olub. Valideyn iddia edir ki, klinika  işçiləri övladının meyitini zirzəmidə gizlədib. 

Ölən körpənin atası, həyat yoldaşının klinikaya yüksək təzyiqlə gəldiyini, ona təzyiqin düşməsi üçün iynə vurulmasını tələb etdiyini, lakin klinika işçilərinin ona məhəl qoymadıqlarını iddia edir. 

"Vital" klinikası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Bir müddət sonra isə klinikanın mobil nömrəsi bağlandı, şəhər nömrəsindən də zənglərə cavab verilmədi. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Nigar,

Sitat.info



Xəbər xətti