Bərdədə kanalda batan şəxsin meyiti tapıldı

17:38 21 İyul 2026

Bərdədə kanalda batan şəxsin meyiti 40 kilometr aralıda tapıldı
 
Sitat.info xəbər verir ki, iyulun 17-də Bərdə rayonunda Qarabağ kanalının bir hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində meyit batdığı yerdən təxminən 40 kilometr aralıda, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində sudan çıxarılıb.
 
Meyit aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti