Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Argentina yığmasının hücumçusu Lionel Messini Dünya Çempionatının ən yaxşı oyunçusu elan edib.
Sitat.info xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında dərc olunub.
121 ölkədən 472 jurnalistin iştirak etdiyi sorğuda 39 yaşlı argentinalı futbolçu 1179 xal toplayıb. O, səsvermədə Fransa təmsilçisi Kilian Mbappe (717 xal) və İngiltərəli Cud Bellinqhemi (470 xal) geridə qoyub.