ABŞ müdafiə naziri Pit Heqset Senatda keçirilən dinləmələr zamanı demokrat senatorların sərt suallarını cavablandırıb.
Senator Petti Mürrey Tramp administrasiyasının müharibə strategiyasını tənqid edərək bildirib ki, prezident bir tərəfdən müharibənin tezliklə başa çatacağını desə də, digər tərəfdən əlavə 70 milyard dollar hərbi maliyyə istəyir.
Senator Kirsten Gillibrand isə administrasiyanı sosial sahələri diqqətdən kənarda qoyaraq Pentaqon üçün 2027-ci il üzrə 1,5 trilyon dollarlıq büdcə tələb etməkdə ittiham edib.
Senator Qari Piters isə Heqsethi müharibədə qələbə üçün aydın strategiya və uzunmüddətli planının olmamasında günahlandırıb. Müdafiə naziri bu ittihamları "məsuliyyətsiz" adlandıraraq demokratları ABŞ hərbçilərini maliyyələşdirmək istəməməkdə suçlayıb.
Buna cavab olaraq Piters deyib: "Məsələ pul deyil, liderlikdir."
Nigar,
Sitat.info