ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni hücumlara başladığını bəyan edib.
Sitat.info xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, ABŞ qüvvələri yerli vaxtla saat 19:00-da İranın hərbi obyektlərini vurmağa başlayıb.
Bildirilib ki, bu əməliyyatlarla ABŞ ardıcıl 11-ci gecə İrana zərbələr endirib. Hücumların əsas məqsədinin isə İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək imkanlarını zəiflətmək olduğu qeyd edilib.