Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq

14:10 22 İyul 2026

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Bu barədə Sitat.info-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.



Xəbər xətti