“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq

15:30 22 İyul 2026

Avropa Liqasının ikinci təsnifat oyununda “Qarabağ” “CSKA SOFIA" ilə qarşılaşacaq.

Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 23 iyul 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid “Azerçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb.



Xəbər xətti