Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib

18:50 22 İyul 2026

ABŞ-ın İranın Hörmüz boğazında yerləşən Larak adasına raket zərbəsi endirib.
 
"Tasnim" xəbər agentliyinin xəbərinə görə, ada sakinləri güclü partlayış səsi eşidiblər.
 
Qeyd olunub ki, hazırda aidiyyəti qurumlar hücumun miqyasını, raketin dəqiq düşdüyü nöqtəni və mümkün ziyanın həcmini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
 
Hadisə ilə bağlı ABŞ rəsmiləri hələlik açıqlama verməyiblər.



Xəbər xətti