ABŞ rəsmisi: HƏMAS istənilən halda tərksilah olunacaq

11:32 23 İyul 2026

ABŞ istənilən halda Fələstinin HƏMAS hərəkatının Qəzza sektorundakı birləşmələrinin tərksilah edilməsinə nail olacaq.

Sitat.info xəbər verir ki, bunu ABŞ-nin BMT yanında daimi nümayəndəsi Mayk Uolts bildirib.

"HƏMAS Qəzzanı AK-47 avtomatları vasitəsilə idarə edir. Onlar ya asan, ya da çətin yolla tərksilah ediləcəklər", - o qeyd edib.

O əlavə edib ki, HƏMAS rəhbərliyinin sağlam düşüncə nümayiş etdirərək tərksilahın dinc yolunu seçəcəyinə ümid edir.



Xəbər xətti