Hindistanın şimal-şərqindəki Assam əyalətində baş verən şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Sitat.info xəbər verir ki, "Hindustan Times" qəzetinin Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində daşqınlarda daha 10 nəfər ölüb.
Bu, Assamda ölənlərin ümumi sayını 41-ə çatdırır, ştatın 25 rayonunda isə ümumilikdə yeddi yüz mindən artıq insan daşqınlardan zərər çəkib.
Assamın baş naziri Himanta Bisva Sarma 100-dən çox insanın itkin düşdüyünü və ölənlərin sayının arta biləcəyini bildirib.
Hindistan ordusu ştatda davam edən axtarış-xilasetmə əməliyyatlarına kömək edir.
Aytac,
Sitat.info