İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma

18:24 23 İyul 2026

İran Sərhəd Qoşunlarının Komandanlığı ölkənin cənub-şərqində yerləşən Cəkiqur sərhəd bölgəsində sərhədçilərlə terror qruplaşması arasında silahlı qarşıdurma baş verdiyini açıqlayıb.
 
Bildirilib ki, əməliyyat zamanı terror qrupunun dəstəsi zərərsizləşdirilib, qrupun iki üzvü ölüb.
 
Məlumata görə, əməliyyat nəticəsində terror qruplaşmasından bir neçə ədəd silah, müxtəlif növ sursat və partlayıcı maddələr götürülüb.



Xəbər xətti