ABŞ-də güclü zəlzələ oldu

18:37 23 İyul 2026

ABŞ-nin şimal hissəsində – Texas ştatında 5,0 maqnitudalı zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri təxminən 18 min əhalisi olan Pampa şəhərindən 41 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 6 kilometr dərinlikdə baş verib.

Hələlik hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat yoxdur.



Xəbər xətti