Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

19:35 23 İyul 2026

Ermənistan Prezidenti Vaaqn Xaçatryan dünən xəstəxanaya yerləşdirilib.
 
Sitat.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
 
Məlumata görə, prezidentin səhhəti pisləşib və o, "infarkt öncəsi vəziyyət” diaqnozu ilə "Nairi” tibb mərkəzinə köçürülüb.
 
Vaaqn Xaçatryan lazımi müayinələrdən keçib və sonra xəstəxanadan buraxılıb.



Xəbər xətti