ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hücum ehtimalını “ciddi şəkildə nəzərdən keçirir”.
Sitat.info xəbər verir ki, Amerika lideri bu açıqlamanı “Axios” portalına verib.“Mən genişmiqyaslı hücum məsələsini nəzərdən keçirirəm. Əvvəlkilərdən daha böyük bir hücum. Qərar verməyə çox yaxınam. Biz hamımız buna hazırıq”, – deyə Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, xahiş edəcəyi təqdirdə İsrail “iki dəqiqə ərzində” hərbi əməliyyatlara qoşula bilər. Bununla belə, Amerika liderinin sözlərinə görə, ABŞ-nin İrana qarşı yeni əməliyyata başlamaq üçün heç kimə ehtiyacı yoxdur.