"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

13:03 24 İyul 2026

"Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.

NOCOMMENT.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.

İş materiallarına əsasən, 2021-ci ildə "Space TV”yə "Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.



Xəbər xətti