Prezident onu Türkiyəyə səfir təyin etdi

13:50 24 İyul 2026

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Eynəddin oğlu Məmmədov Özbəkistana səfir təyin edilib.



Xəbər xətti