ABŞ Prezidenti Donald Tramp gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Sitat.info xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş iyulun 28-də, çərşənbə axşamı Vaşinqtonda keçiriləcək.
Jurnalistin sözlərinə görə, bu görüş ABŞ və Ukrayna arasında diplomatik təmaslar baxımından mühüm hadisə hesab olunur. O xatırladıb ki, Tramp və Zelenski bundan əvvəl Fransa və Türkiyədə də görüşüblər.
Bundan əvvəl Raufoğlu ABŞ dövlət katibi Marko Rubiodan Tramp və Zelenski arasında yeni görüşün keçirilməsi ehtimalını soruşmuşdu. Rubio cavabında ABŞ tərəfinin Ukrayna nümayəndələri ilə dəfələrlə danışıqlar apardığını və belə imkan yarandığı təqdirdə yenidən görüşə hazır olduğunu bildirmişdi.
Ukraynanın "Suspilne" nəşri isə daha əvvəl Zelenskinin iyul ayında ABŞ-a səfər imkanını nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, səfər proqramına senator Lindsi Qrahamın dəfn mərasimində iştirak və Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqlar çərçivəsində Donald Trampla ikitərəfli görüş də daxil ola bilər.