Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar

18:00 24 İyul 2026

Ağdamda baş verən genişmiqyaslı yanğın zamanı kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, son günlər işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlar rayonun Cəvahirli kəndi ərazisində genişlənib.

Geniş sahəni əhatə edən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.




Xəbər xətti