Ərdoğan onu COP31-ə dəvət etdi

18:50 24 İyul 2026

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, dövlət başçıları Türkiyə-Özbəkistan ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə lideri Mirziyoyevi 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 İqlim Sammitinə dəvət edib və onu ad günü münasibətilə təbrik edib.

 

 
 
 



Xəbər xətti