Bakıda keçiriləcək U17 dünya çempionatının medalları təqdim olunub.
Sitat.info xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb
“Çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir. Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub. Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır”, - məlumatda deyilir.
Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.
Qeyd edək ki, U17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.