Putin bilir ki, Rusiya üçün vaxt tükənir - Raysner

09:00 25 İyul 2026

Rusiyanın Ukraynaya qarşı müharibəsi eskalasiyanın yeni mərhələsinə qədəm qoyub və diqqət artıq cəbhə xəttinə deyil, arxa cəbhədəki uzaqmənzilli zərbələrə yönəlib.

Sitat.info xəbər verir ki, bu barədə avstriyalı hərbi ekspert və Avstriya Silahlı Qüvvələri Baş Qərargahının polkovniki Markus Raysner "Heute" nəşrinə açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, müharibə hazırda onuncu fazadadır və bu mərhələ may ayında Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarının güclənməsindən sonra başlayıb.

Bu arada, o qeyd edir ki, cəbhə xəttindəki vəziyyət faktiki olaraq dəyişməz olaraq qalır:

“Rusiya qoşunları hücumlarını davam etdirir, lakin həlledici ərazi qazanclarına nail ola bilmir, Ukrayna qüvvələri isə mövqelərini qoruyub saxlayır, lakin genişmiqyaslı əks-hücum əməliyyatları apara bilmir. Buna görə də Ukrayna getdikcə Rusiyanın arxa cəbhəsindəki hədəflərə zərbələr endirməyə diqqət yetirir”.

Bu fonda Raysner vaxtın Kremlin tərəfində olmadığını bildirib:

"Putin bilir ki, Rusiya üçün vaxt tükənir", - deyə o bildirib./Axar.az



Xəbər xətti