Hazırkı müharibə bitdikdən sonra Ukrayna bir çox cəhətdən daimi hərbi təhdid altında yaşamağa məcbur olan İsrailə bənzəyəcək.
Sitat.info xəbər verir ki, bu fikri təqaüddə olan amerikalı general və Avropadakı ABŞ qüvvələrinin keçmiş komandanı Ben Hoces DW-yə müsahibəsində deyib.
Xüsusilə, o, ABŞ Prezidenti Donald Trampı Ukraynanı yardım diləyən ölkə olaraq qəbul etdiyinə görə sərt tənqid edib:
"Ukrayna Körfəz ölkələrinə İran dronlarından müdafiə olunmaqda kömək edir. Və onlar, çox güman ki, Ukraynanın müdafiə imkanlarını əldə etmək üçün Səudiyyə Ərəbistanı və BƏƏ-nin pulları ilə Ukraynanın müdafiə sənayesini dəstəkləyəcəklər, baxmayaraq ki, Amerika prezidenti onlardan heç nəyə ehtiyacımız olmadığını demişdi”./Axar.az