ABŞ-da təhlükə! Kahıdan yayılan parazit infeksiyası 8 ştatı bürüdü

10:10 25 İyul 2026

ABŞ-da Meksikadan idxal edilən kahılarla əlaqələndirilən "Cyclospora" paraziti daha dörd ştata yayılıb. Beləliklə, infeksiya artıq ümumilikdə doqquz ştatda qeydə alınıb.

Sitat.info xəbər verir ki, son yoluxma halları İllinoys, Kanzas, Oklahoma və Pensilvaniyada aşkarlanıb. Daha əvvəl isə İndiana, Kentukki, Miçiqan, Ohayo və Qərbi Virciniyada qeydə alınmışdı.

Mütəxəssislərin sözlərinə görə, Cyclospora çirkli qida və ya su vasitəsilə yayılır, şiddətli ishal və həzm sistemi pozğunluqlarına səbəb olur. Bəzi xəstələrin xəstəxanada müalicəyə ehtiyacı yaranır.

Araşdırmalar nəticəsində yoluxmanın Taylor Farms şirkətinin Meksikadan tədarük etdiyi göbək kahıları ilə əlaqəli olduğu müəyyən edilib. Şirkət həmin məhsulları könüllü şəkildə bazardan geri çağırıb.

Səhiyyə qurumları bildirir ki, bu ilin əvvəlindən qeydə alınan yoluxma sayı əvvəlki illərin orta göstəricisini xeyli üstələyib və ölkədə ən böyük parazit infeksiyası ocaqlarından birinə çevrilib. Simptomların bəzən həftələr sonra üzə çıxması isə mənbənin müəyyən edilməsini və infeksiyanın qarşısının alınmasını çətinləşdirir.

Aytac,

Sitat.info



Xəbər xətti