Hökməlidə “BMW” yandı - Foto

14:00 25 İyul 2026

Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verib.

Sitat.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.



Xəbər xətti