Son dəqiqə! Hörmüzdə tanker vuruldu - Gərginlik artır

14:17 25 İyul 2026

Mozambik bayrağı altında üzən DİŞA tankerinin İranın ərazi suları yaxınlığında hücuma məruz qalmasından sonra gəmidə olan 28 hindistanlı ekipaj üzvü təhlükəsiz şəkildə xilas edilib.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İranın Hindistandakı səfiri Məhəmməd Fəthali ANI agentliyinə bildirib ki, tanker İran sularına daxil olarkən düşmən qüvvələr tərəfindən hədəfə alınıb və dərhal İran sahil mühafizəsinə həyəcan siqnalı göndərib.

Diplomatın sözlərinə görə, hadisədən dərhal sonra İranın dəniz və xilasetmə xidmətləri əraziyə cəlb olunub, əməliyyat nəticəsində gəmidəki bütün heyət üzvləri, o cümlədən 28 hindistanlı dənizçi sağ-salamat xilas edilib. Onların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Məhəmməd Fəthali eyni zamanda Hörmüz boğazında regiondan kənar hərbi qüvvələrin mövcudluğuna etiraz edərək bildirib ki, xarici hərbi müdaxilə bölgədə təhlükəsizliyi artırmır, əksinə, gərginliyi və qeyri-sabitliyi daha da dərinləşdirir.

Aytac

 



Xəbər xətti